Tramp Maskdan Ukrayna ilə bağlı xüsusi xahiş etdi
ABŞ Prezidenti Donald Tramp İlon Maskdan Ukraynada “Starlink” sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
TodayPress TV-nin “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, Trampın Maskla telefon danışığından qısa müddət sonra sistemin fəaliyyəti adi rejimə daha yaxın səviyyəyə qayıdıb.
Ukraynalı rəsmilər bildiriblər ki, “Starlink” hələ tam funksionallığını bərpa etməyib. Bununla belə, internet bağlantısının sürəti məhdudiyyətlərin tətbiq olunduğu dövrlə müqayisədə artıb.
Kübra Musayeva