Avropada taksi sürücülərindən kütləvi tətil
“Bolt” və “Uber” taksi xidmətlərində çalışan 100-dən çox sürücü Helsinkidə Olimpiya stadionunun yaxınlığındakı dayanacaqda tətil keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Iltalehti” qəzeti məlumat yayıb.
Məlumata görə, sürücülər gediş haqqının artırılmasını, şirkətlərin komissiya haqqının azaldılmasını və qiymət qoyma prosesində şəffaflığın yaxşılaşdırılmasını tələb ediblər.
Etirazçılardan birinin sözlərinə görə, hazırda “Bolt” və “Uber” hər səfərin dəyərinin 25 faizini tələb edir, sürücülər isə bu göstəricinin 15 faizə endirilməsini istəyirlər. Komissiya haqqından əlavə, məbləğin bir hissəsi də vergilərə, pensiya fonduna ayırmalara və benzin xərclərinə sərf olunur. Nəticədə, bir səfərin qiyməti 25 avro təşkil edərsə, sürücü cəmi 7 avro əldə edəcək.
Aysel Mətləb