UEFA Azərbaycanlı hakimə 3 oyun etibar etdi - Fəridə Lüftəliyevaya təyinat

UEFA Azərbaycanlı hakimə 3 oyun etibar etdi - Fəridə Lüftəliyevaya təyinat
22.10.2026 21:34 Dünya

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.

Bu barədə TodayPress TV-yə AFFA-dan məlumat verilib.

O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Bundan əlavə, referi oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər