Avropa Putinlə danışmağa adam axtarır - Siyahıda kimlər var?

Avropa Putinlə danışmağa adam axtarır - Siyahıda kimlər var?
22.10.2026 21:15 Dünya

Avropa ölkələri Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün vahid nümayəndə təyin etməyi müzakirə edirlər.

TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, bu müzakirələr ABŞ və Rusiyanın Avropanın və Ukraynanın maraqlarını nəzərə almadan razılaşma əldə edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda intensivləşib.

Məlumata görə, mümkün namizədlər arasında Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas var.

Stubb ən perspektivli namizədlərdən biri hesab olunur. Onun ABŞ Prezidenti Donald Trampla yaxşı münasibətləri və Finlandiyanın Rusiya ilə tarixi təcrübəsi bu seçimdə üstünlük kimi qiymətləndirilir. O, Ukraynaya dəstəklə bağlı hazırlıq görüşlərində də fəal iştirak edir.

Bəzi diplomatlar isə Antonio Koştanı daha neytral vasitəçi hesab edirlər. Bununla belə, Koşta yaxın vaxtlarda Putinlə birbaşa telefon danışıqlarına hələ hazır olmadığını bildirib.

Ursula fon der Lyayen və Kaya Kallasın namizədliyi ilə bağlı isə müəyyən çətinliklər var. Diplomatların fikrincə, Kreml Avropa İttifaqı institutlarının rəhbərlərini Ukraynanı açıq şəkildə dəstəklədiklərinə görə qərəzli hesab edir.

Beləliklə, Avropanın vahid nümayəndə təyin edib-etməyəcəyi və bu vəzifəyə kimin seçiləcəyi hələlik məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər