Təyyarə qəfil 1,6 min metr alçaldı – Xəsarət alanlar var
Havay adalarından Los-Ancelesə uçan təyyarənin turbulentlik zonasına düşməsi nəticəsində dörd stüardessə xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “United Airlines” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşərək bir dəqiqə ərzində 3,5 min futdan (təxminən 1,66 min metr) çox aşağı enib. Təyyarənin hündürlüyünün kəskin azalması nəticəsində sərnişinlər oturacaqlarından qalxaraq kənara atılıblar, lakin ağır xəsarət almayıblar.
Stüardessalardan birinin təyyarə yerə endikdən sonra xəstəxanaya yerləşdirilməsi tələb olunub. Qeyd olunur ki, xəsarət alan dörd bələdçidən ikisinin 62 və 58 yaşı olub.
Nəşrin məlumatına görə, hadisədən sonra təyyarə Los-Anceles hava limanına 20 dəqiqə gecikmə ilə, lakin təhlükəsiz şəkildə eniş edib.
Aysel Mətləb