ABŞ dənizçiliyini Danimarkaya həvalə etdi?

ABŞ dənizçiliyini Danimarkaya həvalə etdi?
22.10.2026 21:42 Dünya

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda krallıqla ABŞ arasında dəniz əməkdaşlığının gücləndirilməsini nəzərdə tutan saziş imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin press-relizində məlumat verilib.

“Gəmilərin layihələndirilməsi, gəmiqayırma sənayesi üçün komponentlərin satışı və dənizçilik kadrlarının hazırlanması. Bunlar Danimarka ilə ABŞ arasında dəniz sahəsində yeni əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilə biləcək sahələrdən yalnız bəziləridir”, – deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, saziş qarşıdakı illərdə ABŞ-nin dənizçilik sənayesinin bərpası prosesində Danimarkanın səriştə və həll yollarının tətbiqi üçün zəmin yaratmağa yönəlib.

Rasmussenin fikrincə, saziş Danimarka şirkətləri üçün böyük imkanlar aça və Atlantikanın hər iki tərəfində yeni iş yerləri yarada bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər