Super Liqada ilk turun təqvimi: Kimlər üz-üzə gələcək?

Super Liqada ilk turun təqvimi: Kimlər üz-üzə gələcək?
22.10.2026 21:25 İdman

Kişi voleybolçuların Super Liqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.

Bu barədə TodayPress TV Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

İlk turun oyunları oktyabrın 23-24-də keçiriləcək.

Turun ilk günü Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində iki qarşılaşma baş tutacaq.

Saat 16:00-da "Azərreyl" və "Gənclər", 18:00-da isə "Murov Az Terminal" və "Ordu" komandaları qarşılaşacaqlar.

I turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər