Parisin bu iki rayonunda komendant saatı tətbiq edilir
Paris Polis Prefekturası oktyabrın 22-dən 25-dək şəhərin iki rayonunda komendant saatı tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində yayımlanan məlumatda bildirilib.
“Paris polis prefekti oktyabrın 22-dən 25-dək hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək (Bakı vaxtı ilə 01:00–08:00) Respublika meydanı və Le-Al məhəlləsi ərazisində yetkinlik yaşına çatmış və çatmamış şəxslərin olmasını qadağan edən komendant saatının tətbiqi barədə qərar verib”, – deyə məlumatda qeyd olunub.
Aysel Mətləb