Çində güclü zəlzələ baş verdi
Çində, Tibet Muxtar Rayonunda, Naqu şəhəri yaxınlığında 7 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin olaraq mümkün dağıntılar və tələfat barədə məlumat verilməyib.
Aysel Mətləb