Ahmet Çakar adaşını biabır etdi - VİDEO
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Siyahıda idman şərhçisi, keçmiş futbol hakimi Ahmet Çakarın da adı yer alıb.
TodayPress TV xəbər verir ki, Ahmet Çakar məsələ ilə bağlı açıqlamasında siyahıya daxil edilən şəxsin özü olmadığını bildirib.
“O Ahmet Çakar mən deyiləm, keçmiş millət vəkilidir. 30 il əvvəl ona görə evimə icra məmurları gəlmişdi. Bələdiyyə sədri seçkilərində afişalar çap etdirmişdi, sənədləri ilə bağlı problem var idi”, – deyə o vurğulayıb.
Çakar əlavə edib ki, həyatı boyu Azərbaycana getməyib.
Aysel Mətləb