Pul qazanmaq istəyi həbslə nəticələndi: Tanınmış basketbolçu cinayətkar sxemdə yaxalandı!
Coşua Handem Tirso duş Santuş Britaniyanın Uandsvort həbsxanasına qadağan olunmuş əşyalar və maddələrin ötürülməsi planında iştirak etdiyinə görə 15 ay şərti həbs cəzası alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
İtaliyanın “BK Vieste” klubunda çıxış etmiş 32 yaşlı basketbolçu qaçaqmalçılıq üçün istifadə olunan pilotsuz uçuş aparatının (dron) alınmasında təşkilatçılara kömək edib.
Məlumata əsasən, əvvəlcə həbsxanaya narkotik və mobil telefonları sabiq məhbus Teşan Rodriqonun idarə etdiyi dronla çatdırmağa çalışıblar. Dron qəzaya uğrayandan sonra təşkilatçılar yeni aparat almaq qərarına gəliblər. Duş Santuş 600 funt-sterlinq dəyərində yeni dronu almağa və onu Rodriqoya çatdırmağa cəlb olunub. Qəza zamanı düşən ilk dronun içərisindən “iPhone” telefonları, enerji yığıcı cihazlar, əsasən də kannabis və kokain aşkar edilib.
Basketbolçunun vəkili bildirib ki, o, qızının hamilə olduğunu öyrəndikdən sonra sürətli pul qazanmaq məqsədilə bu cinayətkar plana qoşulub. Şərti cəza ilə yanaşı, idmançı 150 saat ödənişsiz ictimai iş yerinə yetirməyə məcbur edilib.
Namiq HUN