Vlahoviç üçün böyük transfer savaşı başlayır!

İdman

18.05.2026 13:13

Londonun “Arsenal” klubu “Yuventus”da çıxış edən hücumçu Duşan Vlahoviç ilə maraqlanır.

TodayPress TV “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu “Arsenal” yay transfer pəncərəsində pulsuz şəkildə heyətinə qata bilər.

Buna səbəb forvardın “Yuventus”la müqaviləsinin 2025/2026 mövsümünün sonunda başa çatmasıdır.

Məlumata görə, serbiyalı hücumçu ilə London təmsilçisi ilə yanaşı, “Atletiko Madrid”, “Milan” və “Bavariya” klubu da maraqlanır.

Qeyd edək ki, Duşan Vlahoviç cari mövsümdə “Yuventus” forması ilə 18 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,Yuventus,Duşan Vlahoviç,Transfer,Todaypress.tv,