Usman Nurməhəmmədovdan müəmmalı mesaj: “İrəliləyirik”
PFL-in yüngül çəkidə (70 kq-dək) məğlubiyyətsiz çempionu Usman Nurməhəmmədov qardaşı, UFC-nin keçmiş titul iddiaçısı Ömər Nurməhəmmədovla birgə fotosunu paylaşıb.
TodayPress TV xəbər verir ki, Usman paylaşımına “Çətinliklə də olsa, irəliləyirik” şərhini yazıb.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə Usman və Ömər Nurməhəmmədov klub yoldaşları ilə birlikdə RAF turnirindən əvvəl oteldə UFC-nin sabiq çempionu, gürcüstanlı Merab Dvalişvili və onun dostu, güləşçi Saba Lazişvili ilə dava ediblər.
Hadisə nəticəsində insidentin bütün iştirakçıları saxlanılıb. Daha sonra Nurməhəmmədov qardaşlarından birinin 6 ay müddətinə azadlıqdan məhrum edildiyi və 300 min dirhəm cərimələndiyi bildirilib. Noyabrın 17-də isə təqsirləndirilən şəxslərin sərbəst buraxıldığı məlum olub.
Namiq HUN