Çempionlar Liqasında favoritlər bəlli oldu: PSJ hamını qabaqladı

Çempionlar Liqasında favoritlər bəlli oldu: PSJ hamını qabaqladı
24.11.2026 08:44 İdman

“ESPN” UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə qalib gəlməyə əsas namizəd olan komandaların reytinqini açıqlayıb.

TodayPress TV xəbər verir ki, turnirin Liqa mərhələsinin V turu ərəfəsində nəşrin müəllifləri, redaktorları və ekspertlərindən hazırda kuboku qazanmaq ehtimalı ən yüksək olan 10 komandanı müəyyənləşdirmək istənilib.

Reytinqin zirvəsində PSJ qərarlaşıb. Paris təmsilçisi 17 ekspertin 15-dən birinci yerə layiq görülüb.

Ekspertlər bu seçimi Fransa klubunun son iki mövsümdə Çempionlar Liqasının qalibi olması və cari mövsümün Liqa mərhələsində keçirdiyi dörd oyunun hamısında qələbə qazanması ilə əsaslandırıblar. PSJ həmin görüşlərdə 20 qol vurub, həmçinin “Mançester Siti” və “Barselona”nı məğlub edib.

Paris təmsilçisi bununla da Çempionlar Liqasında ardıcıl üçüncü dəfə çempion olmaq iddiasını davam etdirir. Qeyd edək ki, turnirin tarixində bu uğura yalnız “Real Madrid” imza atıb.

“ESPN”in hazırladığı reytinqin ilk 10 pilləsi belədir:

1. PSJ

2. “Barselona”

3. “Arsenal”

4. “Real Madrid”

5. “Bavariya”

6. “Mançester Siti”

7. “Liverpul”

8. “Komo”

9. “İnter”

10. “Atletiko Madrid”

İlk onluqdan kənarda isə Dortmund “Borussiya”sı, “Roma”, “Aston Villa”, “Sportinq” və “Mançester Yunayted” ekspertlərdən səs alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər