ABŞ Yaxın Şərqə 2,5 min dəniz piyadası göndərir: Bölgədə gərginlik artır?

ABŞ Yaxın Şərqə 2,5 min dəniz piyadası göndərir: Bölgədə gərginlik artır?
24.11.2026 08:54 Dünya

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç böyük desant gəmisindən ibarət amfibiya qrupu Yaxın Şərq istiqamətində hərəkət edir.

TodayPress TV xəbər verir ki, ABŞ Hərbi Dəniz İnstitutunun açıqladığı məlumatlarda gəmi qrupunun hazırda Sinqapurda olduğu bildirilir. Gəmilər Ərəbistan dənizinə doğru yola düşüb.

Qrupun tərkibində “USS Makin Island”, “USS John P. Murtha” və “USS Anchorage” gəmiləri yer alır.

Gəmilərdə təxminən 2,5 min hərbçidən ibarət ABŞ Dəniz Piyadalarının 13-cü ekspedisiya bölməsi yerləşdirilib. Həmçinin qrupun sərəncamında F-35B qırıcıları, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri, eləcə də desant katerləri var.

ABŞ hərbi qüvvələrinin bölgəyə bu cür genişmiqyaslı hərəkəti Yaxın Şərqdə diqqət çəkən hərbi yerləşdirmələrdən biri kimi qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər