50-dək tankerə hücum – ABŞ limanlarında təhlükə
ABŞ Sahil Mühafizəsinin kibertəhlükəsizlik qrupları Amerika limanlarına doğru hərəkət edən bu gəmilərdən ən azı dördünə, o cümlədən Texas istiqamətində üzən iki gəmiyə qalxıblar.
TodayPress TV xəbər verir ki , bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rusiya da şübhəlilər siyahısında yer alır.
Bəzi ekipajlar yalnız kiberhücumlarla deyil, birbaşa təhdidlərlə də üzləşiblər. Luizianadan yola düşən qaz tankerinin zabitlərinin telefonlarına aşağıdakı mesaj göndərilib:
“Xəyanət gəmiləri cəhənnəmdə yanacaq”.
Haker videooyunda olduğu kimi gəminin sükan idarəetməsini ələ keçirə bilməz. Çünki hər bir tankerdə ekipajın keçid edə biləcəyi mexaniki sükan idarəetmə sisteminin olması məcburidir.
Əsas təhlükə gəminin qəfil enerji təchizatını itirməsi və ya dar liman ərazisində yanlış naviqasiya məlumatları almasıdır.
Yüklə dolu tankerin dayanması uzun vaxt tələb edir. Dənizçilərin qəza sükan idarəetmə bölməsinə enməsi isə bir neçə dəqiqə çəkir. Lakin onların bu qədər vaxtı olmaya bilər.
Zəhra Məmmədova