Ümidlər tükəndi: “Vulverhempton” elitadan kənarda qaldı
İdman
21.04.2026 10:43
İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ilk “enən” komandası müəyyənləşib.
TodayPress TV xəbər verir ki, XXXIII turun nəticələrinə əsasən “Vulverhempton” Premyer Liqanı tərk edib.
Bu, “Kristal Pelas” ilə “Vest Hem Yunayted” arasında keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra rəsmiləşib.
Tur çərçivəsində “Lids Yunayted” öz meydanında “Vulverhempton”u 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, cari mövsümün bitməsinə 5 tur qalmış “canavarlar”ın aktivində cəmi 17 xal var. 17-ci pillədə qərarlaşan “Vest Hem Yunayted” isə 33 xal toplayıb. “Vulverhempton” elitada qalmaq üçün riyazi şanslarını itirib.
Hazırda düşmə zonasında həmçinin “Tottenhem Hotspur” (31 xal) və “Börnli” (20 xal) yer alır.
Növbəti mövsümdə Premyer Liqada “Koventri Siti” çıxış edəcək.
Namiq HUN
tag: Vulverhempton,Kristal Pelas,Vest Hem Yunayted,Tottenhem Hotspur,Todaypress.tv,
