Ümidlər Braziliyaya yönəldi – millimiz rinqə çıxır

Ümidlər Braziliyaya yönəldi – millimiz rinqə çıxır
18.04.2026 16:11 İdman

Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya kuboku turniri keçiriləcək. 

TodayPress TV xəbər verir vki, aprelin 20-də start götürəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər