Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı!

Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı!
18.05.2026 13:02 İdman

Ukrayna Futbol Assosiasiyası milli komandanın yeni baş məşqçisinin italiyalı mütəxəssis Andrea Maldera olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 55 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanıb.

Sazişdə müddətin uzadılması üçün əlavə opsiya da nəzərdə tutulub.

Beləliklə, Andrea Maldera Ukrayna millisinin tarixində ilk əcnəbi baş məşqçi olub.

Qeyd edək ki, italiyalı mütəxəssis üçün bu, ilk müstəqil baş məşqçi təcrübəsi olacaq. Onun son iş yeri Fransa təmsilçisi “Marsel” klubu olub. Maldera burada həmyerlisi Roberto De Zerbinin məşqçilər korpusunda çalışıb.

O, daha əvvəl İngiltərənin “Brayton” klubunda da De Zerbi ilə birlikdə fəaliyyət göstərib. Bundan başqa, Massimiliano Alleqri, Leonardo, Filippo Inzagi və Klarenc Zeedorf kimi məşhur mütəxəssislərin qərargahında yer alıb.

Andrea Maldera 2016–2021-ci illərdə isə Ukrayna millisində Andrey Şevçenkonun köməkçisi kimi çalışıb.

Namiq HUN

TodayPress TV


FOTOLAR

Ukrayna yığması ilk dəfə əcnəbi məşqçiyə tapşırıldı! — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər