Üçqat “Böyük dəbilqə” qalibi karyerasını bitirir

İdman

20.12.2025 09:45

Məşhur isveçrəli tennisçi Stanislas Vavrinka peşəkar karyerasını başa vuracağını elan edib.

TodayPress TV xəbər verir ki, təcrübəli idmançı bu barədə 2026-cı ildə qərar qəbul edəcəyini instaqram hesabında etdiyi paylaşımda bildirib.

“Hər kitabın bir sonu olur. Peşəkar tennisçi kimi karyeramın son fəslini yazmaq vaxtıdır. 2026-cı il mənim bu yoldakı son ilim olacaq”, - deyə Vavrinka qeyd edib.

Qeyd edək ki, isveçrəli tennisçi peşəkar karyerasına 2002-ci ildə başlayıb. O, karyerası ərzində 16 titul qazanıb və 3 dəfə “Böyük dəbilqə” turnirinin qalibi olub.

Vavrinka 2008-ci ildə Rocer Federer ilə birlikdə Olimpiya çempionu adını qazanıb. 2014-cü ildə isə İsveçrə yığmasına tarixində ilk dəfə “Davis Kuboku” titulunu qazandırıb.

Namiq HUN

TodayPress TV

tag: Stanislas Vavrinka,Tennis,Karyera,Böyük dəbilqə,Todaypress.tv,