Tyerri Anri: “Qarabağ”dan sürpriz gözləyirəm”
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə “Benfika” ilə qarşılaşacaq.
TodayPress TV xəbər verir ki, CBS Sports televiziya kanalında ekspert kimi çıxış edən Tyerri Anri “Qarabağ”ın xal qazanacağını düşünür:
“İki komandadan sürpriz gözləyirəm. Biri “Qarabağ”, digəri isə “Marsel”. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm”.
(Offsideplus.az)
Namiq HUN