Ruslar Yaponiyanı bomba atmaqla hədələdi: Səsimizi eşidəcəklər
Yaponiyanın “Terra Drone” şirkətinin Ukraynaya pilotsuz uçuş aparatları (PUA) tədarük etməsi Moskva ilə Tokio arasında gərginliyi artırıb.
TodayPress TV xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyanı sərt tədbirlərlə hədələyib.
O bildirib ki, Moskvanın bu addımlara cavab vermək üçün kifayət qədər imkanları var.
Zaxarova, həmçinin Ukraynada silah istehsalı ilə məşğul olan müəssisələrin Rusiya tərəfindən zərbələr üçün “qanuni hədəf” hesab edildiyini təkrarlayıb.
“Düşünürəm ki, Tokioda bizi eşidəcəklər”, – deyə Rusiya XİN sözçüsü bildirib.
Qeyd edək ki, Yaponiyanın “Terra Drone” şirkətinin Ukraynaya dron tədarükü barədə açıqlamasından sonra Moskva Tokionun bu addımına qarşı sərt mövqe nümayiş etdirib. Bununla belə, Rusiyanın Yaponiyaya qarşı hansı konkret tədbirləri görəcəyi hələ açıqlanmayıb.
Türkan İsgəndərli