Türkiyədə keçiriləcək Avropa çempionatı: Azərbaycan 21 boksçu ilə təmsil olunacaq

Türkiyədə keçiriləcək Avropa çempionatı: Azərbaycan 21 boksçu ilə təmsil olunacaq
16.10.2026 18:18 İdman

Oktyabrın 18-25-də Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı keçiriləcək.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan millisi 21 idmançı ilə təmsil olunacaq.

Çempionatda ölkəmizin idman şərəfini Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) qoruyacaqlar.

Qeyd edək ki, yarışda Stanislav Krılovla Məsməxanım Səlimova isə hakimlik edəcəklər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər