Ərdoğan Kambocanın Baş nazirini qəbul etdi

Ərdoğan Kambocanın Baş nazirini qəbul etdi
16.10.2026 18:48 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Kambocanın Baş naziri Hun Maneti qəbul edib.

TodayPress TV xəbər verir ki, Ərdoğan öz dəvəti ilə Türkiyəyə səfər edən Maneti Prezident Administrasiyasının Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.

Nümayəndə heyətlərini bir-birinə təqdim edən Ərdoğan və Manet daha sonra təkbətək və nümayəndə heyətləri arasında görüş keçiriblər.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər