Möhtəşəm geridönüş: “Şamaxı” iki qol geridən gələrək qələbəni qopardı!

Möhtəşəm geridönüş: “Şamaxı” iki qol geridən gələrək qələbəni qopardı!
16.10.2026 17:05 İdman

Azərbaycan Premyer Liqasında VIII tura start verilib. 

TodayPress TV xəbər verir ki, turun açılış matçında “Şamaxı” doğma meydanda “Şəfa”nı qəbul edib.

Azərbaycan Premyer Liqasında ilk dəfə bir-biri ilə qarşılaşan komandaların Şamaxı şəhər stadionundakı duelində gərgin mübarizə yaşanıb. Matçın əvvəlində üstünlüyü ələ alan qonaq komanda iki qol vursa da, “Şamaxı” əsl xarakter nümayiş etdirərək hesabı xeyrinə dəyişməyi bacarıb. Görüş ev sahiblərinin 3:2 hesablı əzəmətli qələbəsi ilə başa çatıb.

“Şamaxı”nın heyətində Joao Oliveyra, Həbib İsmayılov və Rikardo Apolinario fərqlənərək komandasına üç xal qazandırıblar. “Şəfa”nın qollarını isə Elnur Cəfərov və Rauf Hüseynli vurublar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının VIII turuna oktyabrın 18-də yekun vurulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər