Gərgin mübarizə və acı məğlubiyyət: İndi növbə Macarıstanla oyundadır!
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda oyuna çıxacaq.
TodayPress TV xəbər verir ki, milli komandamız yarımfinal mərhələsində Rumıniya yığması ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da turnirdə bürünc medal uğrunda mübarizəni davam etdirəcək U-23 yığmamızın rəqibi Macarıstan millisi olub. Macarlar yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olublar.
Xatırladaq ki, komandamız çempionat çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı eyni hesabla - 4:2, Slovakiyanı isə 3:2 məğlub edib. Yığmamız yalnız Rumıniya ilə qrup mərhələsində heç-heçə (3:3) edib.
Namiq HUN