Rusiya Avropaya enerji qapısını yenidən açır
Rusiya Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Novak dünya bazarında dizel yanacağı çatışmazlığının təxminən 25 faiz təşkil etdiyini deyib.
Onun sözlərinə görə, Rusiya qlobal enerji bazarında ölkələr arasında daha sıx əməkdaşlığın tərəfdarıdır. O, Rusiyanın əvvəllər Qərbi Avropanın, hazırda isə Asiya da daxil olmaqla dünya bazarlarının etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.
Novak Rusiyadan ABŞ-yə dizel yanacağı tədarükü ilə bağlı razılaşmanı bazarın bütün iştirakçıları üçün sərfəli praqmatik qərar adlandırıb. O, Avropa İttifaqının bu sövdələşməni tənqid etməsinin qurumun öz maraqlarına zidd olduğunu və bundan istehlakçıların zərər gördüyünü iddia edib.
Rusiya baş nazirinin müavini əlavə edib ki, ölkə ilin sonunadək dizel yanacağı ixracını 3,5 milyon ton səviyyəsinə çatdırmağı planlaşdırır.
Kübra Musayeva