BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI

BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI
16.10.2026 18:26 Hərbi

"Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığında olublar. Burada qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib.

Təlimin gedişi ilə tanış olan qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.

Sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanlığını ziyarət ediblər. Burada qonaqlara XTQ-in fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüş zamanı tərəflər arasında hər iki ölkənin XTQ-si arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələləri müzakirə edilib.

Daha sonra nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

FOTOLAR

BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 1
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 2
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 3
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 4
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 5
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 6
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 7
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 8
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 9
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 10
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 11
BƏƏ generalı Azərbaycanda - Səfərin DETALLARI — 12
XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər