Ukrayna Fransanın ifrat sağçı liderinin səfərini nəyə borcludur?

Ukrayna Fransanın ifrat sağçı liderinin səfərini nəyə borcludur?
16.10.2026 19:07 Dünya

Fransada ifrat sağçıların prezidentliyə namizədi Marin Le Pen gözlənilmədən Ukraynaya səfər etməyə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “CNews” telekanalının efirində danışıb.

Le pen bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin istədiyi istənilən əlverişli vaxtda bu ölkəyə səfər edə bilər:

“Biz bu mövzunu (Fransanın Ukraynaya yardımı məsələsini – red.) onun üçün istənilən əlverişli vaxtda müzakirə edə bilərik. Əgər cənab Zelenski bizim danışmağımızı istəyirsə, məmnuniyyətlə Ukraynaya gələrəm. Lakin ona demək istəyirəm ki, artıq yardım göstərmək üçün maliyyə imkanlarımız yoxdur”.

O, ayrıca olaraq Zelenskiyə qarşı heç bir mənfi münasibətinin olmadığını vurğulayıb.

Xatırladaq ki, Fransa ifrat sağçılarının lideri daha əvvəl ölkə prezidenti seçiləcəyi təqdirdə Ukraynaya ikitərəfli yardımı dayandıracağını bildirmişdi. Onun sözlərinə görə, Fransa yardım göstərməyə davam etməyə “imkan verə bilməz”.

Lider, həmçinin prezident seçiləcəyi təqdirdə altı ay sonra Ukraynaya yardımı dayandırmaq istədiyini bildirib. Le Pen Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcəyini də bəyan edib.

Qeyd edək ki, Le Pen Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı qalmaqallı mövqeyi ilə tanınır.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər