İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var
Bu gün günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisində “VAZ-2106” və “DAF” markalı tır toqquşub.
TodayPress TV-nin məlumatına görə, nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.