Türkiyə Qran-prisinin dönüşü rəsmən elan edildi!

İdman

25.04.2026 11:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “Formula-1” çempion bolidinin sükanı hədiyyə olunub.

TodayPress TV xəbər verir ki, təqdimat mərasimində Türkiyə Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Üçlertoprak Türkiyə prezidentinə bu xüsusi hədiyyəni təqdim edib.

Tədbirdə 2027-ci ildən etibarən Türkiyə Qran-prisinin rəsmi şəkildə təqvimə qayıdacağı elan olunub.

Mərasimdə həmçinin “Formula-1”in icraçı direktoru Stefano Domenikali və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem də iştirak ediblər.

Məlumata görə, tərəflər arasında 5 illik müqavilə imzalanıb və yarış hər il “İstanbul Park” trasında keçiriləcək.

Qeyd edək ki, Türkiyə Qran-prisi ilk dəfə 2005-ci ildə təqvimə daxil edilib və 2011-ci ilə qədər davamlı keçirilib. Uzun fasilədən sonra mərhələ koronavirus pandemiyası dövründə - 2020 və 2021-ci illərdə yenidən təşkil olunub.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Bolid,Sükan,Rəcəb Tayyib Ərdoğan,Todaypress.tv,