Türkiyə nəhəngində məşqçi istefası gündəm oldu!
“Beşiktaş” futbol klubunda prezident Serdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında keçirilən görüş başa çatıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı “TRT Haber" məlumat yayıb.
Bildirilib ki, kritik görüşdən sonra tərəflərin qarşılıqlı razılığı əsasında təcrübəli mütəxəssislə yollar ayrılıb.
Türkiyə Super Liqasını 4-cü pillədə başa vuran və əsas hədəf kimi müəyyən edilən Türkiyə Kuboku ilə yarımfinal mərhələsində vidalaşan “Beşiktaş”da Serdal Adalı və Sərgən Yalçın toplantı keçiriblər.
Məlumata görə, təcrübəli baş məşqçi vəzifəsindən ayrılıb.
Bu hadisələrdən sonra futbol komandalarının koordinatoru Serkan Reçber ilə də yolların ayrılacağı gözlənilir.
Qeyd edək ki, "Beşiktaş"da baş məşqçi postunu italyan-alman əsilli futbol mütəxəssisi Domeniko Tedeskonun tutacağı gözlənilir. O, cari mövsüm Türkiyə Super Liqasında "Fənərbağça" klubunu çalışdırıb.
Namiq HUN