Trafik mane oldu – Ferstappen ilk üçlüyə düşə bilmədi
İdman
18.04.2026 14:19
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Almaniyadakı NLS4 “Nürburqrinq” həftəsonunun ilk yarışının sıralama turunda 6-cı yeri tutub.
TodayPress TV xəbər verir ki, niderlandlı pilot “Mercedes-AMG” GT3 ilə komanda yoldaşı Lukas Auero ilə birlikdə çıxış edir.
Sessiya Kristian Kroqnesin Aston “Martin Vantage AMR” GT3 EVO ilə qəzasından sonra qırmızı bayraqlarla dayandırılıb. Pilot xəsarət almasa da, baryerlərə ciddi ziyan dəyib.
Sıralamanın əvvəlində sükan arxasına Auero keçib, daha sonra avtomobili Ferstappenə ötürüb. Niderlandlı sürücünün poul uğrunda mübarizə aparmaq üçün təxminən 30 dəqiqəsi olsa da, sürətli dövrələrdə sıx trafik onun daha yüksək yer tutmasına imkan verməyib.
SP9 sinfində poul mövqeyini Norbert Jiqo BMW M4 GT3 EVO ilə qazanıb. Ferstappen liderdən 3,5 saniyə geri qalıb.
Qeyd edək ki, Aueronun sessiyanın əvvəlində baş verən insidenti ilə bağlı araşdırma davam edir və bu, komandanın startdakı mövqeyinə təsir göstərə bilər.
Namiq HUN
tag: Formula-1,Maks Ferstappen,Nürburqrinq,Yarış,Todaypress.tv,
