Tiranada möhtəşəm gün: 5 güləşçimiz yarımfinalda!

Tiranada möhtəşəm gün: 5 güləşçimiz yarımfinalda!
25.04.2026 16:30 İdman

Albaniyada keçirilən güləş üzrə Avropa çempionatının növbəti yarış günü millimiz üçün uğurla davam edir. 

TodayPress TV xəbər verir ki, Tirana turnirində döşək üzərinə çıxan beş sərbəst güləşçimiz qitə çempionatının yarımfinal mərhələsinə yüksəlib. 

Nürəddin Novruzov (61 kq) moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

Turan Bayramov (74 kq) belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabı ilə qalib gələrək eyni uğura imza atıb. 

Sərbəst güləşçimiz Arseniy Djioyev (86 kq) isə ¼ finalda moldovalı Yevgeni Mihaelkanı tam üstünlüklə (11:0) məğlub edib.

Ali Tsokayev (92 kq) isə yarımfinala vəsiqə uğrunda yarışda gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabı ilə qalib gəlib.

Bundan başqa, Giorgi Meşvildişvili (125 kq) də yarımfinal mərhələsində mübarizə aparacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər