Tiranada gərgin döyüşlər: medal savaşı davam edir!

İdman

25.04.2026 14:05

Albaniyada güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan sərbəst güləşçiləri Tirana turnirinin medalları uğrunda mübarizə aparırlar.

TodayPress TV xəbər verir ki, Rəşid Babazadə (65 kq) turnirdə uğurlu çıxışını davam etdirərək belçikalı Ayub Musayev üzərində 4:2 hesablı qələbə qazanıb.

Bu nəticə ilə Babazadə bürünc medal uğrunda görüşə vəsiqə əldə edib. O, üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Vazgen Tevanyan ilə üz-üzə gələcək.

Eyni zamanda İslam Bazarqanov (57 kq) bu gün finalda UWW təmsilçisi Musa Mextixanov ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Digər təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal uğrunda Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyev ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Rəşid Babazadə,Güləş,Turnir,Medal,Todaypress.tv,