Terziçin yeni ünvanı İspaniya ola bilər

Terziçin yeni ünvanı İspaniya ola bilər
24.04.2026 09:36 İdman

Almaniyalı futbol mütəxəssisi Edin Terziç “Atletik” klubunun yeni baş məşqçisi ola bilər.

TodayPress TV xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Bilbao təmsilçisinin rəhbərliyi 43 yaşlı mütəxəssisi bu posta əsas namizəd hesab edir.

Terziçin son iş yeri” “Borussiya Dortmund” klubu olub. O, 2018–2024-cü illərdə bu klubda köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışıb.

Alman mütəxəssis daha əvvəl “Vest Hem Yunayted” və “Beşiktaş”  klublarında da fəaliyyət göstərib.

Hazırda “Atletik”ə Ernesto Valverde rəhbərlik edir. O, 2022-ci ildən klubda çalışır və cari mövsümün sonunda komandadan ayrılacaq.

Bilbao təmsilçisi Valverdenin rəhbərliyi altında keçirdiyi 192 oyunda 91 qələbə qazanıb, 43 görüşdə heç-heçə edib və 58 qarşılaşmadan məğlub ayrılıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər