Tək qol kifayət etdi – “Şamaxı” məğlub oldu
İdman
18.04.2026 17:45
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Karvan-Yevlax” öz meydanında “Şamaxı” klubunu qəbul edib.
TodayPress TV xəbər verir ki, görüş Yevlax şəhər stadionu stadionunda baş tutub və oyunu Emin Əliyev idarə edib.
Birinci hissə meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. 39-cu dəqiqədə Coy Sleyd Mikels vurduğu qolla “Karvan-Yevlax”ı önə çıxarıb.
Fasiləyə 1:0 hesabı ilə yollanan Yevlax təmsilçisi ikinci hissədə də üstünlüyünü qoruyub. Gərgin mübarizə şəraitində keçən oyunda bu qol matçın taleyini həll edib.
Beləliklə, “Karvan-Yevlax” “Şamaxı” üzərində 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən tur qələbə qazanan Yevlax klubu bu dəfə də meydandan 3 xal ilə ayrılıb. Mövsümün əvvəlki iki görüşündə isə “Şamaxı” eyni hesabla (3:0) qalib gəlmişdi.
Namiq HUN
tag: Karvan-Yevlax,Şamaxı,Azərbaycan Premyer Liqası,XXVIII tur,Todaypress.tv,
