Tçkayev Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq
İdman
18.04.2026 13:41
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Cüdo üzrə Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
TodayPress TV xəbər verir ki, idmançımız turnirin bürünc medalını qazanmaq şansını əlində saxlayır.
Cüdoçumuz finala gedən yolda gürcü Tato Qriqalaşviliyə uduzub.
Bu gün tatamiyə çıxan digər cüdoçularımızdan Murad Fətiyev (90 kq) 1/16 finalda uduzaraq mübarizəni dayandırıb. Ömər Rəcəbli (81 kq) və Südabə Ağayeva isə 1/8 finalda məğlub olaraq yarışla vidalaşıblar.
Xatırladaq ki, turnirin ilk iki günündə Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) isə bürünc medala sahib olublar.
Azərbaycan yığması yarışda ümumilikdə 15 cüdoçu ilə təmsil olunur. Qitə çempionatı aprelin 19-da başa çatacaq.
Namiq HUN
tag: Zelim Tçkayev,Cüdo,Avropa çempionatı,Final,Todaypress.tv,
