Tramp jurnalisti təhqir etdi
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sual ünvanlayan ABC News telekanalının jurnalistini təhqir edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Trampdan amerikalı vətəndaş Xabardın azad edilməsi müqabilində Rusiyaya qarşı sanksiyaların ləğvinin Moskva üçün güzəşt hesab olunub-olunmadığını soruşub.
Tramp isə jurnalistə “Siz axmaq insansınız. Kimin üçün işləyirsiniz?” deyə cavab verib.
Jurnalist ABC News telekanalında çalışdığını bildirdikdən sonra ABŞ Prezidenti onu yenidən təhqir edib və telekanalı tənqid edərək “Yeri gəlmişkən, sizin teleşəbəkəniz bütün teleşəbəkələr arasında ən pisidir” ifadəsini işlədib.