Gecə İraq səmalarında İsrail qırıcıları məşq edirmiş - İrana doğru qəfil ...

Gecə İraq səmalarında İsrail qırıcıları məşq edirmiş - İrana doğru qəfil ...
22.10.2026 11:16 Dünya

ABŞ-İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqlar artır. Vaşinqtonun Fars körfəzi regionundakı diplomatik nümayəndəliklərdən əməkdaşların təxliyəsinə hazırlaşdığı, İsrailin isə İran istiqamətində hərbi uçuş həyata keçirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti Fars körfəzi ölkələrindəki diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların və onların ailə üzvlərinin çıxarılması ilə bağlı göstəriş verməyə hazırlaşır.

“Axios” nəşri isə onlarla İsrail qırıcı təyyarəsi və havada yanacaq dolduran təyyarənin həftənin əvvəlində Suriya və İraq hava məkanından keçərək İran sərhədinə yaxınlaşdığını yazıb. Məlumata görə, uçuş mümkün zərbə əməliyyatının simulyasiyası xarakteri daşıyıb.

Bildirilir ki, İsrail əməliyyat barədə ABŞ-ni məlumatlandırıb və uçuşu hərbi təlim, eləcə də güc nümayişi kimi təqdim edib. ABŞ mənbələrindən biri isə İsrailin bu addımla İran qüvvələrini atəş açmağa təhrik etməyə çalışmış ola biləcəyini istisna etməyib.

Baş verənlər regionda hərbi gərginliyin yenidən artması ehtimalını gündəmə gətirir. Bununla belə, diplomatik heyətin mümkün təxliyəsi və İsrailin hərbi uçuşu İrana qarşı yeni hücumun təsdiqləndiyi anlamına gəlmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər