Tarixi dönüş ola bilər: Mourinyo yenidən Madriddə

İdman

21.04.2026 09:40

“Real Madrid” klubunda baş məşqçi postu ilə bağlı Joze Mourinyo adı yenidən gündəmə gəlib.

TodayPress TV “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “kral klubu” hazırda “Benfika”nı çalışdıran mütəxəssisin geri dönüş variantını araşdırıb və hətta onunla ilkin əlaqə də saxlayıb. 

Lakin hazırkı mərhələdə tərəflər arasında konkret danışıqlar aparılmır.

Bildirilir ki, Mourinyo mümkün təklifə açıqdır və “Real Madrid” rəhbərliyi rəsmi addım atacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırdır.

Bununla belə, klub daxilində portuqaliyalı məşqçinin namizədliyi ilə bağlı vahid mövqe yoxdur. Hətta rəhbərliyə yaxın bəzi mənbələr onun geri dönüş ehtimalını tamamilə istisna edir.

Xatırladaq ki, Joze Mourinyo 2010–2013-cü illərdə “Real Madrid”i çalışdırıb.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Joze Mourinyo,baş məşqçi,Klub,Todaypress.tv,