Soboslai uzunmüddətli planlardan danışdı

İdman

20.04.2026 16:43

“Liverpul” yarımmüdafiəçisi Dominik Soboslai gələcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Macarıstanlı futbolçu bildirib ki, yeni müqavilə ilə bağlı konkret irəliləyiş yoxdur, lakin hazırkı anlaşması 2028-ci ilin yayına qədər qüvvədədir:

“Yeni müqavilə məsələsində real irəliləyiş yoxdur. Hazırki razılaşma ilə mən hər gün işləməyə hazıram. Gələcəkdə nə olacağını zaman göstərəcək”. 

Soboslai əlavə edib ki, uzunmüddətli perspektivdə özünü “Liverpul”da görür və klubda qalmaqdan məmnundur:

“Mən burada xoşbəxtəm. Azarkeşləri sevirəm, ailəm də burada rahatdır. Gələcəyimlə bağlı tam sakitəm”.

Qeyd edək ki, futbolçu 2023-cü ildən “Liverpul”un formasını geyinir. O, ötən müddət ərzində bütün turnirlərdə 141 oyunda iştirak edərək 27 qol vurub və 22 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Dominik Soboslai,Liverpul,Klub,Müqavilə,Todaypress.tv,