Sinnerdən Alkarasa dəstək: “Tez qayıtmasını istəyirəm”
İdman
21.04.2026 11:48
Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner ispaniyalı rəqibi Karlos Alkarasın zədəsi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “SkySports” məlumat yayıb.
Sinner hazırda çətin dövrünü keçirən Alkarasın tezliklə korta qayıtmasını arzuladığını bildirib:
“Ümid edirəm ki, onu mümkün qədər tez, bəlkə də Romada kortda görəcəyik. Rəqib kimi istəyirəm ki, o, Açıq Fransa çempionatında da iştirak etsin. Çünki qalib gəlmək istəyərkən bunu ən güclülərə qarşı etmək istəyirsən”.
Xatırladaq ki, Alkaras Barselonada keçirilən ATP-500 turnirində ikinci tur matçından bilək zədəsi səbəbilə imtina edib. Daha sonra o, Madriddə keçiriləcək “Masters” turnirində də iştirakdan çəkilib.
Namiq HUN
tag: Yannik Sinner,Karlos Alkaras,Tennis,Zədə,Todaypress.tv,
