Alkaras zirvədə: möhtəşəm mövsümə möhtəşəm sonluq!
İspaniyalı tennisçi Karlos Alkaras ATP-nin yekun turnirində çempion olduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
TodayPress TV xəbər verir ki, dünyanın üçüncü raketkası final qarşılaşmasında almaniyalı Aleksandr Zverevə 6:2, 7:6 (9:7) hesabı ilə qalib gəlib.
“Biz bunu bacardıq”, – deyə Alkaras şəxsi sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ispaniyalı tennisçi turnirdə keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq 5 milyon 171 min dollar mükafat əldə edib.
Alkaras tarixdə bütün “Böyük dəbilqə” turnirlərində və ATP-nin yekun yarışında çempionluq qazanan dörd tennisçidən biri olub.
O, cari mövsümdə ümumilikdə altı titul qazanıb. İspaniyalı idmançı Avstraliya Açıq çempionatı, Paris “Masters” turniri, həmçinin Doha, Tokio və Vyana turnirlərində də qalib gəlib.
Xatırladaq ki, ATP-nin 2026-cı il yekun turniri noyabrın 15-dən 22-dək keçirilib.
Namiq HUN