Kalininqrad hadisəsi ətrafında informasiya savaşı: Rusiya onları ittiham etdi
Kalininqrad vilayətində baş verən partlayışlardan sonra Rusiya mənbələrində hadisəyə görə Ukrayna və müttəfiqlərini günahlandıran məlumatlar yayılmağa başlayıb.
TodayPress TV xəbər verir ki, məlumat “Spravdi” platformasında yayımlanıb.
Polşanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirərək bir sıra təbliğat iddialarını açıqlayıb.
Polşadakı alman hərbçilərinin Ukraynanın hücumunu koordinasiya etdiyi;
Polşa və Litvanın Ukrayna raketlərindən istifadə edərək Rusiyaya zərbə endirdiyi;
Ukraynanın Polşanı müharibəyə cəlb etməyə çalışdığı;
Kalininqrada hücumun NATO tərəfindən həyata keçirildiyi iddia olunur.
Litva isə hadisədə iştirakını qəti şəkildə təkzib edib. Prezidentin müşaviri Kestutis Budris Vilnüsün hücumda iştirak etmədiyini və Rusiya ərazisinə zərbələr üçün Litvanın hava məkanından istifadəyə icazə vermədiyini bildirib.
Polşa rəsmiləri vətəndaşları bu cür məlumatlara ehtiyatla yanaşmağa və xəbərləri yalnız rəsmi mənbələrdən yoxlamağa çağırıblar.
Türkan İsgəndərli