Çin Rusiyanı arxa plana atdı - Putin Pekinə əslində...

Çin Rusiyanı arxa plana atdı - Putin Pekinə əslində...
23.11.2026 12:11 Dünya

Polşanın xarici işlər naziri Radoslav Sikorski Çində keçirilən üçtərəfli sammitin Rusiya Prezidenti Vladimir Putin üçün xoş xatirələrlə yadda qalmayacağını bildirib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki,  Sikorskinin sözlərinə görə, Pekin görüşdən Rusiyanın artıq bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmədiyini nümayiş etdirmək üçün istifadə edib.

O, Çinin Moskvanı beynəlxalq münasibətlər sistemində daha aşağı mövqedə təqdim etdiyini iddia edib. Nazir görüşün Putinin şəxsi təşəbbüsü ilə təşkil olunduğuna dair məlumatlara da diqqət çəkib.

Polşa XİN rəhbəri Putinin beynəlxalq təsir dairələrinin yenidən bölüşdürülməsi ilə bağlı yeni Yalta modeli yaratmaq ambisiyalarını da tənqid edib. Onun fikrincə, 1945-ci il Yalta konfransında ABŞ və SSRİ artıq faktiki nəzarət etdikləri ərazilər üzərində nüfuz dairələrini rəsmiləşdirmişdi. İndiki Rusiyanın isə tələb etdiyi ölkələr üzərində belə bir nəzarəti yoxdur.

Sikorski həmçinin bildirib ki, nə Rusiya, nə də ABŞ son münaqişələrdə özlərindən xeyli zəif rəqiblər üzərində qələbə qazanmaq imkanlarını nümayiş etdirə bilib.

Nazirin fikrincə, Rusiyanın hərbi imkanları ilə geosiyasi iddiaları arasında ciddi fərq var. Moskva nəzarət edə bilmədiyi ölkələr üzərində nüfuz sahibi kimi tanınmaq istəyir. Çinin Rusiya ilə münasibətlərdə getdikcə üstün mövqe qazanması isə Putinin böyük dövlətlərin bərabərhüquqlu tərəfdaşlığına əsaslanan yeni dünya düzəni planlarını çətinləşdirir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər