Netanyahu Trampı yenidən İranla müharibəyə çəkmək istəyir

Netanyahu Trampı yenidən İranla müharibəyə çəkmək istəyir
23.11.2026 11:43 Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni birgə hərbi əməliyyata başlamağa razı salmağa çalışır. Lakin Vaşinqtonda mümkün hücumun vaxtı və nəticələri ilə bağlı fikir ayrılığı qalır.

TodayPress TV xəbər verir ki, “Reuters” və “Wall Street Journal”ın məlumatlarına görə, İsrail bir neçə gün davam edəcək qısa və intensiv hərbi kampaniya təklif edir.

Netanyahu hesab edir ki, ABŞ və İsrailin koordinasiyalı zərbələri İran hakimiyyətini ciddi şəkildə zəiflədə, hətta onun devrilməsinə şərait yarada bilər.

Bu məqsədlə Mossad rəhbəri Roman Qofman ötən həftə Vaşinqtona səfər edərək Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və digər ABŞ rəsmiləri ilə görüşüb. O, İranla bağlı kəşfiyyat məlumatlarını təqdim edərək yeni birgə hücumun keçirilməsinə dəstək istəyib.

Bununla belə, Tramp administrasiyasında İsrailin təklifinə münasibət birmənalı deyil. ABŞ rəsmilərinin bir qismi əvvəlki hərbi əməliyyatların əldə edə bilmədiyi nəticələrə yeni hücumlarla nail olunacağına şübhə ilə yanaşır. Vaşinqtonda iqtisadi təzyiq və dəniz blokadasının davam etdirilməsini üstün tutan mövqelər də var.

Məlumatlara görə, ABŞ mümkün hücum qərarını ən azı bir həftə təxirə salmağı nəzərdən keçirir. Tramp isə İranla bağlı yekun qərarı yeni ildən sonraya saxlaya biləcəyini bildirib.

Beləliklə, İsrail yeni hərbi əməliyyatın başlanmasına çalışsa da, Ağ Ev hələlik tələsmir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər