Zelenski: Ukrayna Liviyada Rusiyanın “Merkuri” korvetini batırıb
Ukrayna Silahlı Qüvvələri Liviyanın sahilləri yaxınlığında Rusiyaya məxsus “Merkuri” korvetini batırıb.
Todaypress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın görüntülərini yayımlayıb.
Zelenskinin sözlərinə görə, əməliyyat zamanı Ukrayna istehsalı olan 7 dəniz dronundan istifadə edilib.
Bundan əlavə, silah daşınmasında istifadə olunduğu bildirilən Rusiyanın “MV ANGARA” yük gəmisi də hücuma məruz qalıb.
Hadisə ilə bağlı Rusiyanın rəsmi qurumlarının açıqlaması barədə məlumat verilməyib.