Efiopiyada şübhəli anlar: 7 Rusiya təyyarəsi göründü

Efiopiyada şübhəli anlar: 7 Rusiya təyyarəsi göründü
23.11.2026 11:36 Dünya

Efiopiyanın əsas beynəlxalq hava limanında Rusiya istehsalı olan yeddi böyük yük təyyarəsi müşahidə edilib. Təyyarələrin ölkədə mümkün hərbi hazırlıqla əlaqəli ola biləcəyi ehtimal edilir.

TodayPress TV xəbər verir ki, Əddis-Əbəbədən yayılan görüntülərdə “İl-76TD” ağır nəqliyyat təyyarələrinin hava limanının uçuş-enmə zolağında sıra ilə dayandığı və xarici heyət üzvlərinin təyyarələrdən endiyi görünür.

OSINT analitiki Riç Tedd görüntülərin çəkildiyi məkanı müəyyənləşdirərək təyyarələrin Əddis-Əbəbə ilə Efiopiyanın digər hava limanları, o cümlədən Sudan yaxınlığındakı ərazilər arasında uçuşlar həyata keçirdiyini müəyyən edib.

Təyyarələrin qeyri-adi sayda bir araya gəlməsi Efiopiya, Eritreya və Sudan arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edir.

Bunun mümkün hərbi yüklənmə ilə əlaqəli olub-olmadığı hələlik rəsmən təsdiqlənməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər