Macarıstandan Rusiya rəsmilərinə qarşı sərt addım: Aktivlər müsadirə ediləcək

Macarıstandan Rusiya rəsmilərinə qarşı sərt addım: Aktivlər müsadirə ediləcək
23.11.2026 12:26 Dünya

Macarıstanın yeni hökumətinin korrupsiyaya qarşı mübarizə və qanunsuz əldə edilmiş aktivlərin geri qaytarılması istiqamətində tədbirləri diqqət çəkir. Baş nazir Peter Madyarın rəhbərlik etdiyi hökumət keçmiş hakimiyyət nümayəndələrinin əmlaklarının araşdırılmasına başlayıb.

TodayPress TV xəbər verir ki, yayılan iddialara əsasən, Budapeştin Rusiya ilə əlaqəli təhlükəsizlik və dövlət rəsmilərinə məxsus aktivlərə qarşı da sərt tədbirlər görəcəyi irəli sürülür.

İddialarda həmin şəxslərə məxsus daşınmaz əmlakın, bank hesablarının, şirkət paylarının və digər aktivlərin müəyyən edilərək müsadirə olunacağı bildirilir. Həmçinin onların Macarıstana girişinə qadağa qoyulacağı iddia edilir.

Bununla belə, Rusiya rəsmilərinin bütün aktivlərinin müsadirəsi, ömürlük giriş qadağası və bu barədə Brüssel, Vaşinqton və Londona rəsmi bildiriş göndərilməsi ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, “Associated Press”in məlumatına görə, Peter Madyar hökuməti Viktor Orbanın hakimiyyəti dövründə baş vermiş korrupsiya hallarının araşdırılması və dövlət aktivlərinin geri qaytarılması istiqamətində tədbirlər həyata keçirir. Madyar bu prosesin qanunun aliliyi prinsiplərinə uyğun aparılmalı olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər